UZUN DƏRYA
Ələman, sərkəş olub, gündə bir əhvalə düşən dövri-qəzanın bu dilazar,
cəfakar, müxalif əməlindən
ki, yaxıb aləəmi narə, qoyub avarə, xüsusən məni-biçarə ki, həmvarə yanıb ney kimi odlarə,
belə cuşü xüruş eyləyirəm, sankı səmavarə dönən qəlbimə minlərcə şərarə vurulub, əşki-tərim cari
olur kaseyi-çeşmimdən,
aman, bari-xudaya, bu nə suziş ki, düşüb cismi-nəzarə, dili-zarə, kim edər dərdimə
çarə ki, gəlib ərsəyə tazə oxumuş bir neçə parə ürəfavü üdəbalər ki, qoyub büdətə elm adını tərğib
və təhris eləyirlər
bizi ol əmri-şəniə, yenə bunlar nə desə eyb eləməz, çünki gedib elm oxuyub, kursu tamam eyləyib,
az-çox nə ola kəsb-məratib də
ediblər; a kişi, təngə gətirdi məni, vallahı bu naqqal şüəralər, hədərəndən-pədərəndən,
nə bilimboymadərəndən, necə sərsəm danışırlar, nə iş olsa qarışırlar, necə eyb axtarışırlar,
necə gör yoldan azırlar, nə
görürlərsə yazırlar, necə hörmətli "qərib" olsa da fövrən
tanışırlar; qulağım
batdı, nə çox-çox danışırlar, bu nə məktəb, nəməkatib, nə məratib, bizə bunlar nə münasib, əcəba,
cəddlə əcdadımızın irsi olub
bizlərə miras-həqiqi qalan adatü-əlamat ilə əmalımızı, halımızı, cümlə bu əfalımızı şerlə
təğyir və təbdil eləmək fıkri-şəniində olub, bizləri hər bidətə iğfal ilə iysal eləyirlər ki,
apar oğlunu ver uşqola mollasına,
əyləş balavın yasına, bax bircəə sən allah,buların verdiyi fitvasına: yəni öz əlinlə
elə övladını bir rus, səd əfsus ki, bir pak və pakizə müsəlman balası, xarici övladı kimi
şapqa qoyub, iştot-miştot
oxuyub, axırı bir doktor olub milləti-islamda dərdə düşənə aptekanın nisfı çaxır, nisfı su
əczalarını çarə bilib mömüni-dindarın edə qarnını murdar vəhalonki gözü sürməli, saqqalı
hənalı, əli təsbihli, allah qulu, peyğəmbərimiz ümməti, könlündə tərəhhüm kök atıb rişə
salan bir kəsə əsla,
əbəda bircə xəyanət eləmək bilməyib, ömründə xərid ilə füruşi düz olub, mişk əvəzi müştəriyə rübb-bəyan
verməyən, ol həzrəti-haculhərəmeyni
gözəl əttar dükanında ki, hərgiz də siçan həndəvərindən ötüşüb fəzlə sala bilmədiyi ağzı qapaqsız
qutularda ki, on ildən
bəəri saxlanmaq ilə ətri də, təsiri də artmaqda olub naxoşu hər dərdü mərəzdən qurtarıb, qüssədən azad
eləyən rişeyi-xətmi, küli-balunə, sənai-mərməki, ya həbbi-səlatin, zəgərəg, behməni-piç
ilə həlilə və bəlilə
qala, ey vay! ... alan olmaya əzvay, gedə qış, gələ həm yay, ötə il, dolana ay, sata bilməyə mumyay, iş
oldu bu da hayhay
Mirzə ələkbər sabir